Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 44 günlük müharibəni özünü aldatmanın nəticəsi hesab edir.
Hafta.az xəbər verir ki, o, bu barədə Yerablur hərbi panteonunda jurnalistlərə müsahibəsində bildirib.
"Yalanla yaşamağı dayandırın. Başımıza gələn fəlakət böyük bir özünü aldatmağın nəticəsidir. Reallığın gözünün içinə baxmaq, bir-birimizlə birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır", - Mirzoyan bildirib.
O, əlavə edib ki, müxalifətin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarla bağlı tənqidinə cavab vermək istəmir. Nazir 1990-cı illərdən Türkiyə ilə vaxtaşırı danışıqların və ya yazışmaların aparıldığını, lakin bu barədə cəmiyyətə məlumat verilmədiyinin necə ortaya çıxdığını izah etməyi xahiş edib.
“Mən parlamentdə və digər mövqelərdən danışıqlar gedən hər şeyi deyirəm”, - XİN rəhbəri bildirib.
Jurnalistlərin hərbçilərin ölümündə günahkar olan ölkələrlə necə danışıqlar aparmaq olar sualına Mirzoyan cavab verib ki, müzakirə edilməli olan çoxlu məsələlər var.
Təbii ki, keçilməz ümummilli qırmızı xətlər var, lakin təəssüf ki, biz qonşu ölkə ilə uzunmüddətli münaqişə yaşayan ilk və sonuncu dövlət deyilik. Biz uzunmüddətli və sabit sülhə sadiqik, deyə nazir yekunlaşdırıb.