BDU nəzdində “Gənc İstedadlar” liseyində ingilis dili müəllimi, 7r sinif rəhbəri Fəridə Əkbərovanın təşəbbüsü ilə dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İngilis dili gecəsi” keçirilmişdir.
Tədbirdə himn səsləndirilmiş, şəhidlərimizin və Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Sonra liseyin direktoru Arif Bağırov tədbiri açıq elan edərək bildirmişdir ki, Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin xüsusi rolu olduğunu qeyd etmişdir.
Tədbir şagirdlərin rəngarəng çıxışları ilə davam etmiş, ingilis dilində müxtəlif səhnəciklər, musiqi və rəqs kompozisyaları nümayiş olunmuşdur.
Daha sonra liseyin müəllimlərindən Samirə Babayeva, Sevinc Mənsimzadə, Vüsalə Vəliyeva, Fatimə Canayeva, Günay Səmədova, Zəhra Qasımova, Leyla Qələndərli, Könül Şahbazova, həmçinin Mailə Məmmədova da tədbirdə iştirak edərək ürək sözlərini və təbriklərini bildirmişlər.