Gəncədə 3 nəfər bıçaqlandı - Biri öldü

22:36 26.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

 

Hafta.az-ın məlumatına görə, şəhər sakini, 1959-cu il təvəllüdlü M.Quliyev, 1999-cu il təvəllüdlü A.Ağalarov və daha bir nəfər bıçaqlanıb.

 

Onlardan biri dünyasını dəyişib, digərləri xəstəxanaya yerləşdirilib.

 

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ məlum deyil.