Gəncədə 44 yaşlı kişi qətlə yetirildi

20:44 02.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə qətl hadisəsi baş verib.

Trend xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini 1980-ci il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il rəvəllüdlü Nəsimi Mustafayev saxlanılıb.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.