Gəncədə avtomobildən oğurluq edən şəxs saxlanılıb

11:09 31.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus “VAZ 2107” markalı avtomobildən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan hafta.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyənləşdirilib ki, avqustun 21-də vətəndaşa məxsus avtomobildən 520 manat dəyərində “Redmi NOT 7” markalı telefon və 810 manat nağd pul oğurlanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 29 yaşlı Seymur Məmmədov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.