Gəncədə din xadimləri şəhidlərin xatirəsini yad ediblər

16:46 04.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu gün Azərbaycanda Vətən müharibəsi şəhidləri anılır.

Hafta.az-ın məlumatına görə, bununla əlaqədar olaraq Gəncənin Şah Abbas Cümə Məscidində vəhdət namazı qılınıb. Şəhidlərin ruhuna dualar oxunub. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov və din xadimləri iştirak edib.

Gəncədə Aleksandr Nevski Rus Pravoslav Kilsəsində də Vətən müharibəsi şəhidləri xüsusi mərasimlə yad edilib. Anım mərasimi zamanı şəhidlərimizin ruhuna dualar oxunub.

Oxunma sayı 761