Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

19:24 01.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 2106 " markalı avtomobillə "Hyundai" markalı minik avtomobili toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.