Gəncədə tövlə yandı, ev quşları tələf oldu

21:50 13.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə yanğın olub.

Hafta.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki qəsəbə sakininə məxsus evin həyətində yerləşən tövlədə yanğın olub.

Hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Yanğın zamanı tövlədə olan 50-yə yaxın ev quşları yanaraq tələf olub.

Yağının yaxınlığındakı tikililərə keçməsinin qarşısı alınıb.Hazırda baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır./unikal/