Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

13:37 04.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə siqaretlərin qanunsuz olaraq ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən hafta.az-a bildirilib ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn “İveco” və “Mercedes Benz” markalı nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual edilib. Bu zaman sürücülər idarə etdikləri avtomobillərdə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirsələr də, yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 19 min 264 ədəd müxtəlif markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.