Gömrükçülər daha 145 aztəminatlı ailəyə yardım ediblər - VİDEO

14:05 20.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək tədbirləri davam etdirilir.

Komitədən hafta.az-a verilən məlumata görə, DGK Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 145 aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.