Gömrükçülər pirotexniki vasitələrin realizə edilməsinin qarşısını alıblar

17:13 18.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gömrükçülər Azərbaycan Respublikasının ərazisinə qanunsuz yolla gətirilən, istifadəsi yüksək səs-küyə səbəb olan fişəng və pirotexniki vasitələrin realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən hafta.az-a bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə dayanmış “Boqdan 21140-82” markalı nəqliyyat vasitəsinə əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Yoxlama zamanı avtomobilin yük yerində, salonunda karton qutuların içərisində fişəng və pirotexniki vasitələr aşkarlanıb. Sorğu-sual zamanı nəqliyyat vasitəsinin sürücüsü yaşadığı evində də fişəng və pirotexniki vasitələrin olduğunu bildirib. Baxış zamanı nəqliyyat vasitəsində və fərdi tikilinin anbar kimi istifadə olunan otaqlarının birində, ümumilikdə 671 min 647 ədəd fişəng və pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.