Goranboyda 3 tona yaxın çətənə kolu məhv edilib

13:42 16.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy rayonunun Topdan kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Xocalı RPŞ-nin əməkdaşları tərəfindən Goranboy rayonunun Topdan kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2 ton 768 kiloqram olan 7 min 586 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.