Goranboyda avtomobil qəzası - Ölən və yaralı var

09:38 26.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə Goranboy-Naftalan yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Minik maşınının idarəetmədən çıxaraq aşması nəticəsində sərnişin, 1989-cu təvəllüdlü A.Həsənova hadisə yerində ölüb, sürücü, 1994-cü il təvəllüdlü F.Zeynalov isə xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.