Goranboyda yol qəzasında bir nəfər həlak olub

14:22 18.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy rayonunun Goran qəsəbəsi ərazisində yolu keçən Daşkəsən rayon sakini Elsevər Allahverdiyev Şəmkir rayon sakini F.Məsimovun idarə etdiyi “VAZ-21154” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.