Göyçayda anadan olan 17 yaşlı qız Tərtərdə itdi

10:39 19.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtər rayonunda yeniyetmə qız itkin düşüb.

Hafta.az-ın məlumatına görə, Göyçay rayonunda anadan olan, 2002-ci il təvəllüdlü Fatma Məmmədova Tərtər rayonunda itkin düşüb.

17 yaşlı qız noyabrın 30-da Tərtər rayonunda yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.