Yazını böyüt
Yazını kiçilt
Göyçay rayonunun Mirzəhüseynli kəndində ümumi sahəsi 130 kvadratmetr olan kürsülü, iki aynabənddən ibarət birmərtəbəli evin yanar konstruksiyaları 114 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.