Yazını böyüt
Yazını kiçilt
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı şəhər ərazisində yerləşən fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydaları pozulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan hafta.az-a bildiriblər ki, Xəzər Şabanova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində 80-dək qonağın iştirak etdiyi aşkarlanıb. Müəyyən olunan qayda pozuntuları ilə bağlı ev sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.