Güləşçimiz Avropa çempionu oldu

21:53 08.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

 

Hafta.az xəbər verir ki, 77 kq-da çıxış edən idmançı finalda gürcüstanlı Davit Soloqaşvili ilə qarşılaşıb.

 

Rəqibinə tam üstünlüklə - 10:0 hesabı ilə qalib gələn Həsənli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.