Yazını böyüt
Yazını kiçilt
Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verib. O, müstəntiqin suallarını cavablandırdıqdan sonra sərbəst buraxılıb.
*** 18:37
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparıb.
Hafta.az bildirir ki, Ramiz Mehdiyev və digərləri barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində əməliyyat tədbirləri həyata keçirilib.
İstintaq çərçivəsində G.Hacıbəylinin yaşadığı ünvanda axtarış aparılıb. Sabiq deputat istintaq orqanına şahid qismində ifadə verməyə dəvət olunub.