Xaos vəziyyətində Operativ Qərargah bütün məsuliyyəti öz üzərinə götürməlidir. TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinin kordinasiya mərkəzi Operativ Qərargah olmalıdır. Təcili Tibbi Yardım xidmətini də qınaya bilmirəm. Elə özüm gündə bəlkə 20 dəfə onlara zəng edirəm.
Bu fikirləri hafta.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədrinin sözlərinə görə, ona bir həkim və komitə sədri olaraq vətəndaşlar bununla bağlı narazılıqlarını söyləyirlər. Görürəm ki TTY çətin vəziyyətdə qalır. Xidmətin həm maşın sayı, həm də komandası normal vəziyyət üçün nəzərdə tutulub. Təcili Yardım maşını adi maşın da deyil ki əvəzinə başqa maşın yönləndirilsin. Gərək ki içində xüsusi yardım avadanlıqlar və mütəxəssislər olsun. Bundan başqa vətəndaşlar arasında da maarifləndirmə düzgün aparılmalıdır. Elə hər burnu axan, bir balaca qızdırması qalxıb öskürən təcili yardıma zəng vurur. Çeşidləmə mərhələsində ailə həkimləri önə çıxmalı idi. Bu halda həm təcili yardımın yükü azalardı həm də effektivliyi çox olardı.