Günəşdə növbəti partlayış olub

22:19 15.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 15-də Günəşdə gün ərzində üçüncü dəfə M sinifinə aid güclü radiokativ partlayış baş verib.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, hadisə Moskva vaxtı ilə 18:10-da Günəşin 4246 nömrəli ləkə qrupunda (N22W50) baş verib və 25 dəqiqə davam edib.