Güney Azərbaycanda Ərdəbil Vilayəti Kəşfiyyat Müdirliyi Azərbaycan türkcəsində kitablar nəşr edən mətbələri bağlamaqla hədələyir.
Hafta.az-ın QHA-ya istinadən yazdığına görə, məsələn, kəşfiyyat idarəsi Azərbaycan tarixi, mədəniyyəti və dili ilə bağlı kitablar nəşr edən “Yaylıq” kitab evinin bağlanacağını açıqlayıb.
Şair, araşdırmaçı, “Yaylıq” nəşriyyatının baş direktoru Sədullah Dünyavi Muğanlı dəfələrlə təhlükəsizlik və kəşfiyyat qurumları tərəfindən dindirildiyini bildirib. Muğanlı 2025-ci il fevralın 15-də yenidən dindirildiyini və bu kontekstdə nəşriyyatın fəaliyyətini davam etdirəcəyi təqdirdə bağlanacağı ilə bağlı hədə-qorxu gəldiyini qeyd edib. Yayım lisenziyası ilə sosial media hesabından edilən paylaşımda "Bəsdir, “Yaylıq” nəşriyyatı 2019-cu ildən fəaliyyət göstərir. Daimi ofisimizi qurmağımızdan cəmi 27 gün keçir və artıq çoxlu xəbərdarlıqlar almışıq" deyilib.
Güney Azərbaycanda türkcənin varlığına təzyiq göstərən İran rəhbərliyi 2019-cu ilin dekabr ayından etibarən türkcə əlyazmaların toplanması və kitab nəşri ilə məşğul olan “Yaylıq” nəşriyyatının fəaliyyətini nəzarətə götürüb.