Güneyli ekoloqa "Urmiya" mövzusunda çıxış etməyə icazə verilmədi

09:28 20.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tehran Universitetində "Urmiya gölü qurudu! Urmiya gölünün bərpası ilə bağlı vədlərin və reallıqların qiymətləndirilməsi" adlı konfrans keçirilib. Məruzəçi kimi qeyd olunmasına baxmayaraq, Cənubi Azərbaycandan olan ekoloq Əhməd Bayburdinin konfransda iştirakı naməlum səbəblərdən qadağan edilib.

Hafta.az-ın yazdığına görə, Günaz TV-nin məlumatında deyilir ki, Urmiya gölü və ətrafındakı ekoloji problemlər üzrə tədqiqatları ilə tanınan, Güney Azərbaycanda Kənd Təsərrüfatı və Təbii Sərvətlər Tədqiqat və Təlim Mərkəzinin rəhbəri olan Əhməd Bayburdi, ətraf mühit məsələlərinə dair müstəqil fikirləri və İranda pisləşən ekoloji problemlərdə dövlət qurumlarını günahlandırdığı üçün İran hakimiyyətinin təzyiqinə məruz qalmışdı.

Bayburdi bildirib ki, Urmiya gölünün qurumasının yalnız 30 faizi qlobal istiləşmə, qalan 70 faizi isə insan amili ilə bağlıdır.