Gürcüstan siyasi səbəblərdən Aİ-yə namizəd statusu almayıb - baş nazir

18:45 26.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın baş naziri İrakli Qaribaşvili hesab edir ki, Gürcüstan Avropaya inteqrasiya üçün zəruri olan islahatların aparılması baxımından Ukrayna və Moldovanı qabaqlayır. Onun sözlərinə görə, Tiflisə siyasi səbəblərdən Avropa İttifaqına namizəd statusu verilməyib.

“Biz Ukrayna və Moldova ilə müqayisədə islahatlar baxımından iki-üç dəfə irəlidəyik və bu, siyasi qərar idi. Açıq şəkildə bildirilib ki, Ukrayna ona görə namizəd statusu alıb ki, ölkə münaqişə vəziyyətindədir, Moldova isə onun astanasındadır”, – Qaribaşvili bildirib.

Gürcüstanın baş nazirinin qeyd etdiyi kimi, Tbilisi Brüsselin bu qərarına anlayışla yanaşır. O, həmçinin vurğulayıb ki, ölkə Aİ-dən 12 tövsiyə alıb və aydın yol xəritəsi ilə onları həyata keçirməyə hazırdır.