Gürcüstan XİN Londonda Azərbaycan səfirliyinə edilən hücumu qətiyyətlə pisləyib

20:42 06.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Xarici İşlər Nazirliyi Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribatı pisləyib.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, İliya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək baş vermiş hadisəni pislədiklərini, Azərbaycanın yanında olduqlarını və tam dəstək verdiklərini bəyan edib.

Xatırladaq ki, avqustun 4-də bir qrup radikal dini dəstə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edib.

Oxunma sayı 168
Siyasət rubrikasından digər xəbərlər