Gürcüstanda daha bir nəfər koronavirusdan öldü

14:14 05.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda koronavirusdan ikinci ölüm halı qeydə alınıb.

 

Hafta.az xəbər verir ki, həmin şəxs 81 yaşlı qadındır.

 

Bununla qonşu ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı iki nəfərə çatıb.

 

Qeyd edək ki, ötən gün Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndinin 79 yaşlı sakini virusdan ölüb. Ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb.

Oxunma sayı 30