Gürcüstanda bir gündə 15 nəfər koronavirusdan ölüb

13:02 08.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  147 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

 

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytı məlumat yayıb.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  272 998, ölənlərin sayı isə 3 591 nəfərə çatıb.

 

Virusa yoluxanlardan 266 886 nəfərin sağaldığı bildirilir.