Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 7500-ü keçib

17:58 03.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda COVID-19 virusu yayılmaqda davam edir. Son sutka ərzində ölkədə daha 471 nəfərdə koronavirus təsdiqlənib.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında bildirilir.

Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 7 min 564-ə çatıb, sağalanların sayı 3 min 992 nəfərdir.

Pandemiya qurbanlarının sayı 48-ə çatıb.

Bildirilir ki, hazırda karantin zonalarında 5 392, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.