Gürcüstanda koronavirusa yoluxanların sayı 54 nəfərə çatıb

10:59 22.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda yeni tip koronavirusa (Covid-19 )yoluxan şəxslərin sayı 54 nəfərə çatıb.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib. Hazırda ölkə üzrə karantinə alınanların sayı 1966 nəfər təşkil edir, 259 nəfər isə stasionar şəraitdə müalicə alır.

Qeyd edək ki, ölkədə virusa yoluxma ilk dəfə fevralın 26-da təsdiqlənib.

Oxunma sayı 120