Yazını böyüt
Yazını kiçilt
Gürcüstanda son sutkada daha 549 nəfərdə koronavirus aşkarlanıb. Ən çox yoluxma yenə də Acarıstan bölgəsində qeydə alınıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat verilib.
Bildirilir ki, son sutka ərzində 268 nəfər virusdan sağalıb, 4 nəfər isə pandemiyanın qurbanı olub. Qeyd olunub ki, Gürcüstanda indiyədək COVID-19-a yoluxanların sayı 9 min 245-ə pandemiya qurbanlarının sayı isə 58-ə çatıb. Xəstəlikdən 4887 nəfər sağalıb.
Hazırda karantində 5 min 392, stasionarda isə 836 nəfər saxlanılır.