Yazını böyüt
Yazını kiçilt
Gürcüstanda ictimai yerlər və küçədə maska taxmaq məcburiyyəti haqda qərar yenidən qüvvəyə minib. Hafta.az xəbər verir ki, qərarın verilməsində başlıca amil epidemioloji vəziyyətin getdikcə pisləşməsidir.
Operativ qərargahın rəhbəri Georgi ibradzenin sözlərinə görə, qayda bütün insanlara aiddir. Peyvənd olunan və ya olunmayanlara fərq qoyulmayacaq. Qaydanı pozanlar 20 lari cərimələnəcək. İkinci dəfə bu hal təkrarlansa cərimə ikiqat tətbiq olunacaq.