Gürcüstanda matəm günü elan olundu

13:30 09.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 11-i Gürcüstanda matəm günü elan edilib.

 

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qərar imzalayıb.

 

Bildirilib ki, ötən gün Batumidə yaşayış binasının çökməsi nəticəsində həlak olanların xatirəsi 11 oktyabrda matəmlə anılacaq.

 

Qeyd edək ki, Batumidə binanın çökməsi nəticəsində 6 nəfər ölüb.