Gürcüstanda virusa yoluxan daha 10 nəfər öldü

11:52 21.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  258 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

Hafta.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  268 355 nəfərə, ölənlərin sayı isə 3 435 nəfərə çatıb.

Virusa yoluxanlardan 261 637 nəfərin sağaldığı bildirilir.