Gürcüstanda zəlzələ olub

12:26 18.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 18-də gecə saatlarında Gürcüstanın şimalında zəlzələ olub.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, 4,5 bal gücündə olan zəlzələ yerli vaxtla saat 00:46-da Gürcüstanın Kobi rayonu ərazisində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.