Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək

23:50 04.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanının Baş naziri İrakli Qaribaşvili mayın 5-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Gürcüstan hökumət başçısının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

Gürcüstan hökumət başçısının Azərbaycan Prezidenti ilə də görüşü nəzərdə tutulub.

Baş nazir İrakli Qaribaşvilini bu səfərdə onun müavini, xarici işlər naziri David Zalkaliani və digər rəsmi şəxslər müşayiət edəcəklər.

Oxunma sayı 365