Haaqada “28” filminin təqdimatı keçirilib

10:09 26.10.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Niderlandin Haaqa şəhərində Valliant teatırında “Ana vətən” Avropa Azərbaycanlı qadınlar birliyinin təşkilatçılıgı, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şuşaya 28 il sonra qayıdışdan bəhs esən Xatırə Sərdarqızının “28” filminin təqdimatı keçirilib.

Hafta.az-ın məlumatına görə, təqdimatda Azərbaycanın Niderlanddakı fövqaladə və səlahiyyətli səfiri Fikrət Axundov, Azərbaycanı sevən niderlanddılar, dost təşkilatlar iştirak edibər.

Təqdimatın giriş sözü ilə “ Ana vətən” Avropa Azərbaycanlı qadınlar birliyinin sərdi Mayisə Agamirzəyeva açıb.

Daha sonra Azərbaycanın bu ölkədıki səfiri Fikrət Axundov tədbirin təşkilatçılarına təşəkkür edərək, xarici qonaqlara Azərbaycan və Şuşa haqqında məlumat verib.

Sonra filmin müəllifi Xatirə Sərdarqızı 28 illin Şuşa həsrətindən danışaraq 1 ci Qarabag müharibəsində uşaqların aldıqları travmalardan bəhs edib, 28 ildən sonra Şuşaya evlərinə getməsindən danişıb və hər kəsi “28 “ filminə baxmaga dəvət edib.

Filmdən sonra tədbirdə iştirak edən qonaqlar film haqqında təəsüratlarini bölüşüblər.

Qeyd edək ki, Niderlandin “ FOR YOU” jurnalının bu aykı sayında Xatırə Sərdarqızının “28” filmindən və itirdiyi uşaqlıgından bəhs edən məqalə yayımlanacaq. Tədbirin 2 ci hissəsi 2007 il mugam musabiqəsinin qalibi Güllü Muradovanin konserti ilə davam edib.

Oxunma sayı 997