Hacıqabul sakini özünü güllələyib

10:10 02.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul sakini özünə tüfəngdən atəş açıb.

Hafta.az-ın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun İkinci Udulu kəndində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü Abbasov Mərhəmət Mübariz oğlu ozünü ov tüfəngi ilə güllələyib. Şirvan şəhər xəstəxanasına çatdırılan yaralı əməliyyat olunsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.