Hatayda daha bir ZƏLZƏLƏ

09:39 26.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin cənubunda Suriya ilə sərhəddə 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.

Məlumata əsasən, zəlzələnin episentri Antakya şəhərindən 25 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 2 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.