Hava ilə bağlı yeni XƏBƏRDARLIQ 

14:39 19.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 21-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

“Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilib.