Hazırlıq kursuna gedən qız itkin düşüb 

10:14 12.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda daha bir qız itkin düşüb.

Hafta.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllə, ev 216, mənzil 127-də yaşayan, 2001-ci il təvəllüdlü Mirzəyeva Mədinə İmran qızı oktyabrın 8-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

M.Mirzəyeva evdən çıxarkən paytaxtın Nərimanov rayonu ərazisindəki hazırlıq kursuna getdiyini desə də, yolda itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.