Səudiyyə Ərəbistanı Krallığının Mülki Aviasiya Baş İdarəsi (GACA) Krallığın hüdudlarından kənarda olan zəvvarların həcc ziyarətini yerinə yetirmək üçün enişdən əvvəl yerinə yetirməli olduqları sağlamlıq tələbləri ilə bağlı məlumat yayıb.
Hafta.az bildirir ki, Krallığın hava limanlarında fəaliyyət göstərən bütün aviaşirkətləri, o cümlədən özəl aviasiyanı əhatə edən sirkulyarlara əsasən, zəvvar namizədləri 65 yaşdan kiçik olmalı, Covid-19-a qarşı tam peyvənd edilməli və uçuşdan əvvəl 72 saat ərzində mənfi PCR testi təqdim etməlidirlər.
GACA-nın açıqlamasında bildirilir ki, səlahiyyətli orqan tərəfindən verilən qaydalara əməl edilməməsi dövlət sifarişlərinin açıq şəkildə pozulması kimi qiymətləndiriləcək və qanunu pozan şəxslər barəsində qanuni tədbirlər görüləcək.