Helli Hansen Rusiyanı tərk etdi

14:05 14.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kanadanın xarici geyim və idman geyimləri şirkəti Helly Hansen Rusiya bazarını tərk edir. Bu barədə “Vedomosti” qəzeti Kanadanın Rusiyadakı törəmə şirkətinin yeni sahiblərinə istinadən xəbər verir.

Avqustun sonunda baş direktor İqor Roqanoviç və hüquqşünas Andrey Karasev Helly Hansen Rusiya AS-dən Helly Hansen MMC-ni alıblar, oktyabrda şirkət yeni bir ad alıb - Retail RC.

Roqanoviç qeyd edib ki, hazırda Rusiyada Hansen adı ilə altı satış məntəqəsi fəaliyyət göstərir. Onlardakı məhsulların 2-3 aya bitəcəyi gözlənilir. Retail RC şirkəti Move brendi altında multibrend idman geyimləri mağazaları şəbəkəsi yaratmağı planlaşdırır. İlk belə məntəqələr Moskvanın Europolis Rostokino və Golden Babylon ticarət mərkəzlərində açılacaq.

İş adamı bildirib ki, yeni mağazalarda Nike, Adidas, Puma, Mont, Kronos, Geox, Under Armour şirkətlərinin geyimləri olacaq. Bu markaların paltarları artıq bir neçə həftə əvvəl Rusiyaya gətirilmirdi, Roqanoviç onların çatdırılmasının necə həyata keçiriləcəyini açıqlamayıb.