Hərbçimiz qar uçqununda həlak olub - Rəsmi

12:00 10.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun hərbi qulluqçusunun qar uçqununda həlak olması təsdiqlənib.

Müdafiə Nazirliyindən hafta.az-a bildirilib ki, hadisə fevralın 8-i saat 17:00 radələrində baş verib.

Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

Siyasət rubrikasından digər xəbərlər