Hərbi prokurorun müavini vəzifəsindən azad edilib

18:00 04.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hərbi prokurorun müavini Rasim Kazımov vəzifəsindən azad edilib.

Bu barədə hafta.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rasim Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.