Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur - FOTO

14:53 26.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltmək məqsədilə hərbi hissələrdə müxtəlif xarakterli tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq və asudə vaxtının səmərəli təşkil etmək məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları hərbi hissələrdə mədəni-kütləvi tədbirlər keçiriblər.

Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi qulluqçulara vətənpərvərlik mövzusunda konsert proqramı təqdim edilib.