Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa olunub

10:10 11.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib. Hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir.

Hava limanından hafta.az-a verilən məlumata görə, hava limanında elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

Qeyd edək ki, enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.