Heydər Əliyev Fondu Pərviz Bağırovun müalicəsini nəzarətə götürdü

13:39 12.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırov Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə aldığı 5 saylı Şəhər Klinik Xəstəxanasından “Bona Dea International Hospital”a köçürülüb.

Bu barədə hafta.az-a teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O, aktyorun bir neçə gün reanimasiyada yatdığını, hazırda müalicəsini palatada davam etdirdiyini bildirib: “Vəziyyəti orta-stabildir, səhhətində o qədər də irəliləyiş yoxdur. Huşu aydındır, nitqində qarışıqlıq var, bir qolu tamamilə işləmir. Müalicəsi davam etdirilir”.