Hicab bəhanəsi ilə 10-dan çox iş yeri bağlanıb

15:02 14.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Borucerd şəhərində məcburi hicab qaydalarının pozulması və qadınlarla kişilərin birgə şənlik mərasimi keçirməsi səbəbindən 11 iş yerinin fəaliyyəti dayandırılıb.

Hafta.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı Borucerd Şəhər Polis İdarəsinin rəisi Mehdi Məhdəviyə istinadən məlumat verib. Onun sözlərinə görə, bağlanan kafe və restoranlarda islam qaydalarına zidd hərəkətlər qeydə alınıb.

Məhdəvi bildirib ki, həmin iş yerlərinin bağlanması ictimai nizam-intizamın yüksəldilməsi layihəsi çərçivəsində həyata keçirilib.