Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib.
Hafta.az xəbər verir ki, Hikmət Hacıyev twiter hesabında paylaşdığı başsağlığıda qeyd edib:
“Əziz dost Arye Rəşid Qut, Allah sənə rəhmət eləsin! Ailə üzvlərinə Allah səbr versin! Azərbaycanın haqq mübarizəsində usanmadan çalışdın. Təsəllimiz odur ki, Şuşanı və azad Qarabağı görmək bu yay sənə qismət oldu”.