Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyədə mühüm görüşlər keçirib.
Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, Prezidentin köməkçisi ilk olaraq Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla daha sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.
Görüş zamanı Azərbaycanla Türkiyə arasında media və kommunikasiya sahəsində ikitərəfli əməkdaşlıq, qlobal və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

